Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Satmaq öhdəliyi ilə kirayə mənzil oyunu: İt də gedir, ip də...
Mənzil - Bina
Azərbaycan ənənələrində evə sahib olmaq mütləq şərt kimi qəbul edilir. Ailə qurmaq istəyən hər kəsdən ilk soruşulan sual budur: “Evin varmı?”. Əhalinin sıx yerləşdiyi Bakı şəhərində ev sahibi olmaq istəyənlərin çoxu nağd almağa gücü çatmayanda ağlına ilk gələn ipoteka söhbəti olur. Amma elə ipotekanın özü də həmişə əlçatan, gücçatan deyil.

İpoteka krediti, bankdan faizlə götürülən puldur. Pulu qaytaracağınıza zəmanət olaraq isə daşınmaz əmlakınız: ev, mənzil və ya torpaq çıxış edir.

Beynəlxalq təcrübədə ipoteka təkcə daşınmaz əmlak üçün deyil, təmir, tikinti və təyinatı göstərilməyən digər məqsədlər üçün də alına bilər. Azərbaycanda dövlət xətti ilə 2 cür kredit verilir: adi və güzəştli. Adi ipoteka krediti illik 8 faizlə, 25 il müddətinə, güzəştli ipoteka isə illik 4 faizlə 30 ilə təqdim edilir. Maksimum məbləğ 50 min manat, ilkin ödəniş isə 30 faizdir.

Bir neçə gün öncə edilən düzəlişlərə əsasən satmaq öhdəliyi ilə kirayə mənzil almaq qaydaları asanlaşdırıldı. Bu da öz növbəsində sual yaradır. Hansı daha əlverişlidir? Adi ipoteka, yoxsa satmaq öhdəliyi ilə kirayə mənzillər? Hansı alıcıya daha çox sərf edir?

Bizimyol.info-nun bu sualına cavab verən iqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, qaydalar əlçatan edilsə də əslində satma öhdəliyi ilə kirayə mənzil almaq alıcıya həddən artıq baha başa gəlir və riskləri çoxdur.

Rəşad Həsənov Rəşad Həsənov

“Tutaq ki, siz satmaq öhdəliyi ilə kirayə mənzil almısız. 110 kvadratlıq bir mənzili alırsız. Bu zaman sizin ümumi ödənişiniz 25 il əzində 260 min manat edəcək. Lakin siz müvafiq mənzili adi ipoteka şərti ilə əldə etmiş olsanız, ilkin ödəniş də daxil olmaqla cəmi 207 min manat vəsait ödəyəcəksiniz. Təxminən kirayə mənzil layihəsindən 50 min manat ucuz. Vətəndaş 4 faizli ipoteka imkanınan yararlandıqda isə fərq daha da böyük olur. Belə ki, eyni ölçülü mənzili kirayə yolu ilə əldə etdikdə bu vətəndaşa 260 min manata, güzəştli ipoteka krediti ilə əldə etdikdə 180 min manata başa gəlir.

Kirayə yolu ilə mənzil əldə etməyin şətləri ipotekaya nisbətən sadədir. Belə ki, kredit tarixçəsində gecikməsi olanlar da mənzil əldə edə bilərlər. Üstəlik, ipotekadan fərqli olaraq, digər seçimdə ilkin ödənişlər olduqca aşağıdır. İpoteka kreditlərində adətən güzəştli ipoteka olduqda minimum 15 faiz, güzəştsiz ipotekada isə 25 faiz mənzilin dəyəri həzmində ilkin ödəniş tələb edildiyi halda kirayə mənzillərdə bu aylıq ödənişlərininin ümumi həcminin 12 misli və ya illik kirayə haqqının əvvəldən tələb edilməsi formasında rəsmiləşdirilir.

Satmaq ögdəliyi ilə verilən kirayə mənzillər ipoteka və ya kredit zəmanət fondunun təklif etdiyi evlərdən seçilir. İpoteka ilə mənzil aldıqda vətəndaş ölkənin hər yerində çıxarışı olan mənzili seçə bilər. İndiyədək 33 minə qədər vətəndaş ipoteka yolu ilə mənzil sahibi olub”,- deyə o qeyd edib.

Rəşad Həsənov bildirib ki, hər il ipoteka ilə ev alanların sayındakı artım ipotekaya daha çox tələbin olduğunu deməyə əsas verir. Fondun satmaq öhdəliyi ilə verdiyi kirayə mənzil layihəsi isə hədəfindən uzaqlaşıb.

“Mənzillər baha, ödənişlərin yüksək olması və aylııq ödəmə edilmədiyi halda ödədiyi vəsaitin fondun xərci kimi hesablanması riskləri artırır. İpoteka ilə alınan mənzili vətəndaş sata və ya fonda geri qaytara bilər. Bu zaman ödədəiyi vəsaitlər fond tərəfindən geri qaytarılır. Satmaq öhdəliyi ilə verilən kirayə mənzillərdə isə bu mümkün deyil. Vətəndaşın ödədiyi bütün vəsaitlər, ilkin ödəniş də daxil olmaqla ipoteka fondunun gəliri hesab olunur və geri qaytarılması nəzərədə tutulmur”.

Hazırda bazarda çıxarışı olan 1970-2000-ci illər arasında tikilmiş mənzillərin kvadrat metri əraziyə görə 750 manatdan, 2013-cü ildən sonra tikilən mənzillərin kavdrat metri isə 1200-2000 manatdan satışa çıxarılır. Bu isə ipoteka kreditinə tələbatın bundan sonra da çox olacağı deməkdir. Dünya təcrübəsində kirayə yolu ilə satılan mənzillərin qiyməti bazar qiymətindən yüksək olmur. Hazırda bazarda kirayə mənzillərin qiyməti isə 200-800 manat arasında dəyişir. Bunu nəzərə alaraq ipoteka ilə mənzil sahibi olmaq daha sərfəli və ağlabatan görünsə də 18 növ sənədin yığılması, qoyulan ağır şərtlər çoxunu çar-naçar qoyur.

Satmaq öhdəliyi ilə kirayə mənzil sahibi olmaq isə məhz borclanacağın təqdirdə bütün vəsaitini itirəcəyinə görə kreditdən çox cinayətə bənzəyir. Yemə, içmə, balalarının boğazından kəsib illərlə ödəniş elə, sonra hansısa problem yaranıb bir iki ay ödəmə edə bilməyəndə it də getsin, ip də. Bu qaydalara baxılmasına, yol verilmiş boşluqların doldurulmasına ciddi şəkildə ehtiyac var.

İlhamə Rəsulova

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »