Gədəbəy rayonu, Kərimli kənd sakini, 1969-cu il təvəllüdlü Hüseynov Şaiq Hüseyn oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Bizimyol.info xəbər verir ki, bu barədə Gədəbəy rayon prokurorluğundan verilən məlumata görə, hadisə martın 25-i saat 19 radələrində baş verib.
Bildirilir ki, rokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılan araşdırmalarla Şaiq Hüseynovun kənd ərazisində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatora müdaxilə edərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.
Hazırda fakt üzrə Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.