Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ "Şimal axını - 2" qaz kəmərinə qarşı sanksiyaları genişləndirəcək
Ağ Ev, Vaşonqton, ABŞ

Vaşinqton “Şimal axını – 2” qaz kəmərinin inşasında iştirak edən şirkətlərə qarşı sanksiyaları sərtləşdirəcək.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken “CNN”-ə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Amerikada hələ də bu layihənin “pis fikir” olduğu qənaətindədirlər.

“Bizim üçün vacib olan birbaşa yaxın tərəfdaşımız Almaniyaya bu barədə danışmaq imkanımızın olmasıdır”, - Blinken belə deyib.

Rusiya ilə münasibətlərdən danışan Amerika diplomatiyasının rəhbəri Moskvaya qarşı da yeni sanksiyaların tətbiq olunacağını vurğulayıb.

“Biz “SolarWinds” vasitəsi ilə həyata keçirilən kiberhücumların, ABŞ-da seçkilərə müdaxilənin, Aleksey Navalnının öldürülməsi üçün kimyəvi silahdan istifadənin nəzərdən keçirilməsinin tamamlanması mərhələsindəyik. Bunun bir qiyməti və bədəli olacaq”, - deyə dövlət katibi qeyd edib.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »