Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həmyerlimizə aid olduğu iddia edilən videodakı cəsədlər Türkiyə vətəndaşlarına aiddir - Fotolar
Həmyerlimizə aid olduğu iddia edilən videodakı cəsədlər Türkiyə vətəndaşlarına aiddir - Fakt

İstanbulun Şişli rayonundakı hoteldə eyni otaqda qalan bir kişi və bir qadın olmaqla, iki nəfər ölü tapılıb.

Bu barədə “Sabah” məlumat yayıb.a

Bildirilib ki, polis hadisə ilə bağlı istintaq başlatsa da, mərhumların ölüm səbəbi cəsədlərin incələnməsindən sonra bəlli olacaq.

42 yaşlı Hiranur Korkmaz adlı qadınla 38 yaşlı Muhammet Osman Gürlek adlı kişinin cəsədlərinin aşkar olunduğu otaqda narkotik maddə də tapılıb.

Harbiye məhəlləsinin Cümhuriyyət küçəsində yerləşən hotelin əməkdaşlarının sözlərinə görə, otağın sakinləri ötən bazar ertəsi onu təhvil verməli idilər. Lakin sakinlərin bunu etmədiyini görən işçilər ehtiyat açarla qapını açıb içəri girərkən onların öldüyünü görüblər. Əməkdaşlar qadın cəsədinin yataqda, kişi cəsədinin isə hamam otağında olduğunu bildiriblər.

Cəsədlərdə hər hansı bir kəsici, deşici və ya güllə yaraları aşkar olunmayıb. Hazırda polis təhlükəsizlik kameralarının görüntülərini araşdırır.

Qeyd edək ki, bu ölüm faktının videogörüntüləri sosial şəbəkədə yayılmış, sözügedən görüntülərin İstanbulda vəfat etmiş Azərbaycan vətəndaşına aid olduğu iddia edilmişdi. Bu gün aparılan istintaq isə bunun belə olmadığını bir daha sübut edib. (Oxu.az)

Həmyerlimizə aid olduğu iddia edilən videodakı cəsədlər Türkiyə vətəndaşlarına aiddir - Fakt

Həmyerlimizə aid olduğu iddia edilən videodakı cəsədlər Türkiyə vətəndaşlarına aiddir - Fakt

Həmyerlimizə aid olduğu iddia edilən videodakı cəsədlər Türkiyə vətəndaşlarına aiddir - Fakt

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »