Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan və Aİ arasında vizasız rejimin qüvvəyə minməsindən 4 il ötür
Avropa İttifaqı

Bu gün Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında vizasız rejimin qüvvəyə minməsindən 4 il ötür.

“Report” xəbər verir ki, 2017-ci ilin mart ayının 28-dən etibarən Gürcüstan vətəndaşları Şengen zonasında 180 gün müddətində maksimum 90 gün vizasız qala bilirlər.

Qısamüddətli səfərlər turizm, ailə üzvləri və ya qohumların ziyarəti, işgüzar görüşlər, təhsil proqramları və ya kurslar, mədəni və yaxud elmi tədbirlərdə iştirak, müalicə və digər bu kimi məqsədlərlə həyata keçirilə bilər.

Vizasız rejim Aİ ölkələrinə təhsil, iş və ya digər məqsədlər üçün uzunmüddətli səfərlərə şamil olunmur.

Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib ki, vətəndaşların Avropa ölkələrinə vizasız səfər etmələri böyük siyasi əhəmiyyətə malikdir, belə ki, bununla Gürcüstan Avropa ailəsinə daha yaxın olmaqla Aİ tərəfindən etibarlı və layiqli tərəfdaş kimi tanınıb.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »