Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda ölümlə nəticələnən yol qəzası baş verib
Xəstəxana

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib.

APA-nın məlumatına görə, Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1987-ci il təvəllüdlü Camal Əfəndi oğlu İsmayılov idarə etdiyi “Nissan” markalı 90 DA 629 dövlət nömrə nişanlı dövlət nömrə nişanlı minik avtomobili il hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını beton maneəyə çırpıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan C.İsmayılov hadisə yerində ölüb.

Avtomobildə sıxılmış vəziyyətdə qalan C.İsmayılovun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət yanğından mühafizə hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »