Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Saakaşvili 24 saatlıq Gürcüstana buraxılmasını istədi
Mixail Saakaşvili

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili gürcü hökumətindən əhalinin reaksiyasını öyrənmək üçün onun 24 saatlıq ölkə ərazisinə girişinə icazə verməsini təklif edib.

“Qafqazinfo” xəbər verir ki, Saakaşvili efirlərin birində deyib:

“Gəlin istintaq təcrübəsi keçirək. Məni ölkəyə buraxın, 24 saat cangüdənsiz küçələrdə gəzim. İnsanlara haqqımda öz fikirlərini sərbəst ifadə etməyə şərait yaradılsın. Niyə buraxmırlar? Ola bilər ki, mən gürcü torpaqlarına ayaq basan kimi hazırkı hakimiyyət özünə xalqın 5%-nin, mənə isə 70-75%-nin dəstək verəcəyini görəcək”.

Qeyd edək ki, Mixail Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Ona qarşı bir neçə cinayət işi açılıb və qiyabi həbs cəzaları verilib. 2015-ci ilin yazında Saakaşvili Ukrayna siyasətinə qoşulub və vətəndaşlıq alaraq Odessa vilayətinin qubernatoru olub. Ancaq 2016-cı ilin noyabrında ozamankı prezident Petro Poroşenkonun əmri ilə vəzifəsindən kənarlaşdırılıb. Poroşenko bunun Odessa vilayətinin iqtisadi vəziyyətinin pisləşməsi ilə əsaslandırıb. 2017-ci ildə Saakaşvilinin Ukrayna vətəndaşlığı əlindən alınıb.

Ancaq Vladimir Zelenski hakimiyyətə gəldikdən sonra 2019-cu ildə Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb və onu Milli İslahatlar Şurasının İcraiyyə Komitəsinin rəhbəri təyin edib.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »