Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qriqoryan: "Ermənistan Türkiyə ilə münasibətinə düzəliş etməlidir"
Karen Qriqoryan

“Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər edib, tənzimlənməlidir”.

“Report” xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli “İctimai Televiziya”ya müsahibəsində bildirib.

Teleaparıcının “Türkiyə artıq Ermənistan üçün düşmən dövlət deyil" sualına cavabında katib deyib:

“Əgər bölgənin kommunikasiyasını blokdan çıxarırıqsa, onda yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir. Biz bu istiqamətdə işləyirik”.

Armen Qriqoryan məsələ ilə bağlı aydınlaşdırıcı daha bir suala cavab olaraq qeyd edib: “Türkiyədən heç bir təhlükə gəlmədəyini birmənalı olaraq demək səhv olardı, ancaq bölgədəki ümumi proseslər başqa imkanlar da açır”.

O deyib ki, müharibədən sonra bölgədə böyük dəyişikliklər baş verib və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi intensiv bir mərhələyə qədəm qoyub:

“Biz hesab edirik ki, blokdan çıxma yalnız Azərbaycana aid olmamalıdır. Buna daha geniş bir regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük”.

O, hazırda Türkiyə ilə birbaşa dialoqun olmadığı ilə razılaşsa da, əlavə edib ki, iki ölkə nümayəndələrinin açıqlamaları bölgədə kommunikasiyaların blokdan çıxarılması ehtimalının olduğunu göstərir.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »