Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Myanmada toqquşmalarda ölənlərin sayı 100-ə çatıb - Video
Myamma

Bu gün Myanmada hərbi rejim əleyhinə keçirilən etiraz nümayişində ölənlərin sayı 100 nəfərə çatıb.

Bizimyol.info xəbər verirv ki, “Haber Global”ın verdiyi məlumata görə, etiraz yürüşünün dağıdılması zamanı hərbçilər etirazçılara odlu silahdan atəş açıb.

Avropa Birliyinin Myanmar üzrə nümayəndə heyəti Twitter-də hadisələri şərh edərək bildirib ki, bu gün Myanmada qeyd olunan Silahlı Qüvvələrin yaradılmasının 76-cı ildönümü "terror və şərəfsizlik günü" xatırlanacaq: "Uşaqlar da daxil olmaqla silahsız mülki şəxslərin öldürülməsi bağışlanılmaz hərəkətdir".

ABŞ səfiri Thomas Vajda təhlükəsizlik qüvvələrinin silahsız mülki insanları öldürdüyünü söyləyib. Səfir Myanmar xalqının hərbi xunta rəhbərliyi altında yaşamaq istəmədiklərini bildirib.

Xatırladaq ki, fevralın 1-də Myanmada dövlət çevrilişi olub, prezident və dövlət müşaviri saxlanılıb, ölkədə fövqəladə vəziyyət elan edilib.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »