Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin ABŞ və Kanadaya qarşı cavab sanksiyalarına başladı
ABŞ - Çin

Çin Sincan Uyğur Muxtar Bölgəsi ətrafında yaranmış vəziyyətə görə ABŞ və Kanadadan bir neçə fiziki və hüquqi şəxsə qarşı cavab sanksiyaları tətbiq edib.

Bu barədə “Reuters” ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Sanksiyalara məruz qalanlar arasında ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının rəhbəri və Kanada parlamentinin üzvü də var.

Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri bir neçə gün əvvəl Sincandakı Uyğur müsəlman azlığının insan haqlarını pozmaq ittihamı ilə dörd Çin vətəndaşının və bir təşkilatın sanksiya siyahısına salınması barədə razılığa gəliblər.

Daha sonra ABŞ, Kanada və Böyük Britaniya da Çinə qarşı sanksiyalar elan ediblər. Çin Xarici İşlər Nazirliyi artıq Aİ-yə və Britaniyaya qarşı sanksiyalar tətbiq edib.

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »