Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaqif Əsədov: “Avtomobildən çölə zibil atmaq inzibati xətadır”
Vaqif Əsədov

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobildən çölə zibil atan sürücülərin cərimə edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Mövzu ilə bağlı APA-ya açıqlama verən qurumun şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, avtomobildə hərəkət edərkən və ya salonda oturarkən qida qəbul edib və ya siqaret çəkib nəqliyyat vasitəsinin salonundan çölə atmaq inzibati xəta hesab olunur: "Burada məqsəd vətəndaşların cərimə edilməsi deyil. Bu tək inzibati xəta deyil həm də atmosferin çirklənməsi deməkdir. Buna görə də hər kəs ətraf mühitin qorunmasında öz məsuliyyətini dərk etməlidir. Qeyd etdiyimiz kimi, yol polisinin məqsədi cərimə etmək deyil".

Vaqif Əsədov qeyd edib ki, 2020-ci ərzində nəqliyyat vasitələrindən bayıra hər hansı bir əşyanın atılması ilə bağlı yüzlərlə protokol tərtib edilib, sosial şəbəkələrdə yayılan faktlarla bağlı isə 30-dan artıq fakt araşdırılaraq, təsdiqini tapıb və qaydanı pozanlar məsuliyyətə cəlb edilib.

Yol polisinin əsas vəzifəsinin hərəkəti təşkil etmək, təbliğat aparmaq və təhkim edilən ərazilərdə xidmət aparmaq olduğunu xatırladan qurum rəsmisi son olaraq vətəndaşlara səslənərək bildirib ki, qanunun tələbi haqqında təbliğat aparmağı və ya informasiya yaymaq polisin hökmən cərimə yazacağı demək deyil: "Vətəndaşlardan bir daha xahiş olunur qanunla tənzimlənən qaydalara əməl etsinlər və bilsinlər ki, polis hər zaman qanunun keşiyindədir".

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »