Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
KİV: Paşinyan generallara cinayət işi açılmayacağına boyun olub
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin generallarına qarşı cinayət işi açılmayacağını söz verib.

“Report” xəbər verir ki, bu barədə “Past” qəzeti Ermənistan hökumətindəki mənbəyinə istinadən bildirib.

Qəzetin yazdığına görə, bu günlərdə Nikol Paşinyan Silahlı Qüvvələrin zabit heyətinə Baş Qərargahın yeni rəisi Artak Davtyanı təqdim edib.

“Təqdimetmə mərasimində Paşinyan generallara hakimiyyət başında olduğu müddətdə 44 günlük döyüşlərlə bağlı heç bir istintaq komissiyası yaradılmayacağını, heç bir araşdırma aparılmayacağına boyun olub. O, hərbçilərə deyib ki, Artak Davtyanı Baş Qərargahın rəisi kimi qəbul etməkdə rahat olsunlar. Paşinyan hərbçilərə müharibə zamanı buraxılan səhvləri öz aralarında müzakirə etməyi tapşırıb”, - "Past" yazıb.

Qəzet bildirib ki, bununla belə generalların bir qismi hələ də fevralın 25-də verdikləri bəyanata sadiqdirlər.

Qeyd edək ki, martın 18-də vəkil Artur Ovannisyan O.Qasparyanın Baş Qərargah rəisi kimi səlahiyyətlərinin icrasını davam etdirəcəyini bildirib. Vəkil məhkəmənin saytında O.Qasparyanın şikayətinin təmin olunduğu barədə qərar yerləşdirildiyini deyib. A.Ovannisyan bildirib ki, bundan sonra müvəkkilinin Baş Qərargah rəisi vəzifəsini qanuni olaraq icra etməsinə dair heç bir sual qalmayıb.

Martın 18-də Ermənistan Nazirlər Kabineti general-polkovnik Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində saxlanılmasına dair məhkəmə qərarına münasibət bildirib. Qeyd olunub ki, o, Baş Qərargah rəisi vəzifəsindən azad olunub.

Qeyd edək ki, fevralın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanın təqdimatı əsasında ölkə prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran Xaçatryanın vəzifəsindən azad olunması haqqında fərman imzalayıb. Buna səbəb onun baş nazir N.Paşinyanın İkinci Qarabağ müharibəsi dövründə ermənilərin Azərbaycan ərazilərinə atdıqları “İsgəndər” raketlərinin yalnız 10 faizinin partlaması ilə bağlı səsləndirdiyi fikirlərə lağ etməsi göstərilir. Belə ki, T.Xaçatryan jurnalistin “İskəndər” raketlərinin 10 faizinin partlaması mümkündürmü?” sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: “Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş? ... 10 faiz?... Bağışlayın, amma bu qeyri-ciddidir”.

Müdafiə Nazirliyi bundan bir neçə saat sonra geniş bəyanat yayaraq iddia edib ki, T.Xaçatryanın sözləri “təhrif olunub”.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik O.Qasparyan müavinin işdən çıxarılmasına etiraz edib. Fevralın 25-də Baş Qərargah baş nazir N.Paşinyanın istefasını tələb edən bəyanat yayıb. Sənədi O.Qasparyan və 40-dan yüksək rütbəli hərbçi imzalayıb. Onlar arasında 19 general və ordu korpuslarının komandanları da olub.

Elə həmin gün N.Paşinyan O.Qasparyanın istefaya göndərilməsi ilə bağlı ölkə prezidenti Armen Sarkisyana təqdimat göndərib. Lakin dövlət başçısı təqdimatı etirazla birlikdə baş nazirə qaytarıb. N.Paşinyan geri çəkilməyib və Baş Qərargah rəisinin vəzifədən azad olunması üçün ikinci dəfə prezidentə təqdimatla müraciət edib. A.Sarkisyan bu dəfə də qərarı imzalamayıb və geri göndərib. Hökumət başçısı O.Qasparyanın işdən çıxarılması üçün üçüncü dəfə dövlət başçısına təqdimat verib. Prezident baş nazirin təqdimatını bu dəfə də imzalamayaraq Konstitusiya Məhkəməsinə müraciət edib.

Eyni zamanda O.Qasparyan baş nazirin təqdimatı ilə bağlı İnzibati Məhkəməyə şikayət edib.

Martın 10-da isə Ermənistanın baş naziri Nikol Paşinyan general-leytenant Artak Davtyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin olunması təklifi ilə prezident Armen Sarkisyana müraciət edib. Amma dövlət başçısı təyinatla bağlı təqdimatı imzalamayıb.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »