Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
YPX əməkdaşı ilə bağlı yayılan görüntülərə rəsmi reaksiya - Video
Baş Dövlət Yol Polisi İdarəsi

Daxili İşlər Nazirliyi (DİN) Yol Patrul Xidməti əməkdaşının sürücüdən rüşvət alması ilə bağlı iddialara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov "Report"a bildirib ki, iddia əsassızdır.

"Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Baş Dövlət Yol Polisi İdarəsinin Yol patrul Xidməti Alayının 9-cu tağımının inspektorunun stasionar postda yük avtomobili sürücüsündən rüşvət alması ilə bağlı yayılan video-görüntülür aiddiyəti qurumlar tərəfindən araşdırılmış və iddia öz təsdiqini tapmamışdır. Belə ki, mart ayının 26-da Daşkəsən rayon sakini Eşqin Ələsgərov özünə məxsus yük avtomobili ilə Qazax rayonu istiqamətində hərəkətdə olarkən, daşıdığı yükün qabaritinin normadan böyük olması səbəbi ilə saxlanılmış, sürücüyə pozduğu qayda pozuntusu ilə bağlı məlumat verilmişdir. E.Ələsgərov daşıdığı yükün qaiməsini polis əməkdaşına təqdim edərək çəkisinin normal standartlara uyğun olduğu bildirib. Sürücüyə bir daha izah olunaraq yükün çəkisinin deyil qabaritinin normadan böyük olduğu bildirilmiş və barəsində İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) ilə protokol tərtib edilərək 40 manat miqdarında cərimə edilib.

Qeyd edək ki, həmin gün sürücünün stasionar posta daxil olması, protokol tərtib edilmə görüntülərinə baxış keçirilmiş və iddia edilən fikirlərin əsassız olması müəyyən edilmişdir" - deyə E.Qasımov bildirib.

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »