Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yevlaxda əməliyyat keçirilib, saxlanılanlar var
Heroin

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Yevlax RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini Hüseyn Mustafayev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış zamanı 1 bükümdə heroin aşkar olunaraq götürülüb.

H.Mustafayevin ətrafında davam etdirilən tədbirlərlə narkotiki əldə etdiyi şəxs də müyyən edilib. Tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən digər rayon sakini, əvvəllər məhkum edilmiş Anar Qocayev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman heroin və pisoxtrop maddə olan metamfetamin götürülüb.

Aparılan genişmiqyaslı tədbirlər nəticəsində A.Qocayevin narkotik maddələri Yevlax rayon sakini, əvvəllər məhkum edilmiş Xəyyam Həsənovdan aldığı müəyyən edilib. Keçirilmiş əməliyyat tədbirləri ilə X.Həsənov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman müxtəlif bükülülərdə 10 qramdan artıq heroin və 17 qramdan artıq metamfetamin, həmçinin, oradan 1 ədəd naqan tipli revolver və 1 ədəd ona məxsus patron, 1 ədəd qaz tapançası, ona məxsus 2 ədəd qaz balonu və 30 ədəd patron, 1 ədəd xəncər və 3 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Saxlanılan hər 3 şəxs barəsində Yevlax RPŞ-də araşdırmalar davam etdirlir.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »