Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Masallıda yaşayış yerini tərk edən COVID-19 xəstəsi aşkarlanıb
Evlərini tərk edən koronavirus xəstələri saxlanıldı - Foto

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət–profilaktik tədbirlər davam etdirilir. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Bizimyol.info xəbər verir ki, DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı şəhər sakini M.Bədəlbəyliyə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Masallı RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Masallı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Peskov Putinin Sibir sevgisindən danışıb
Son xəbərlər
Bütün xəbərlər »