ABŞ Prezidenti Cozef Biden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla 40 dünya liderini 22-23 aprel tarixlərində keçiriləcək virtual iqlim zirvəsinə dəvət edib.
Virtualaz.org bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumatda bildirilir ki, Vaşinqtonun təşkil etdiyi forum canlı yayımlanacaq və “iqlim dəyişikliyinə qarşı daha fəal tədbirlərin təxirə salınmazlığını və iqtisadi üstünlüklərini vurğulayacaq”.
Qeyd edək ki, dünyanın 40 ölkəsinin liderləri siyahısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı Kanadanın Baş naziri Castin Tryudo, Çin lideri Si Tsinpin, Aİ Şurasının prezidenti Çarlz Mişel, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Rusiyanın dövlət başçısı Vladimir Putin, Britaniyanın Baş naziri Boris Conson, habelə digər dövlət və hökumət rəhbərlərinin adları var.