Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qoruğa buraxılmaq üçün nazirliyə adambaşına 2500 dollar veririk” – Livan vətəndaşı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ərəb ölkələrindən gələn turistlərin Acınohur düzündəki Qax Dövlət Təbiət Yasaqlığında qanunsuz ovçuluqla məşğul olması bir neçə gündür sosial şəbəkələrin Azərbaycan seqmentinin əsas müzakirə mövzusudur.

Eko fəalların üzə çıxardığı faktlar xeyli insanı qəzəbləndirib. Videokadrlarda ovçu turistlərin ərazidə çadırlar qurduğu, nadir quşları necə ovladığı, sonra yemək hazırladığı görünür.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə münasibət bildirərək qoruq ərazisində ov icazəsindən xəbərsiz olduğunu, qanunu pozan əcnəbilərin cəzalandırıldığını açıqlamışdı. Amma açıqlama sosial şəbəkə istifadəçilərinin qəzəbini soyutmayıb. Əksinə, nazirliyin rəhbərliyindən istefa tələb olunur.

Məsələyə görə sosial şəbəkələrdə həm də turistlər ittiham edilir. Rəylərdə onlar üçün müqəddəs heç nəyin olmadığı, pulla hər şeyi almağa çalışdıqları bildirilir. Amma Livan vətəndaşı Bilal Xadra öz profilində belə ittihamlara görə çox üzüldüyünü yazıb. O, turistlərin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qoruqda ov etmək üçün rüşvət verdiyini qeyd edib. Necə deyərlər, siz satmayın, biz almayaq...

“Mən ovla bağlı çoxlu statuslar görürəm. Ov turları təxminən 10 ildir təşkil olunur. İndiyə qədər hətta bu ildən də çox ov edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ova gələn hər adamdan qeyri-rəsmi 2500 dollar alır. Qoruğa şahin gətirmək üçün də 500 dollar ödənilir. Fərdi günah haradan gəlməsindən asılı olmayaraq heç bir ziyarətçinin üzərinə atılmamalıdır. Mən ovun qəti əleyhinəyəm. Hesab edirəm ki, bu sahə məhdudlaşdırılmalıdır”.

Livan vətəndaşının fikirləri geniş müzakirə predmetinə çevrilib. Eko fəallar xeyli paylaşım edib. Bundan sonra Bilal Xadra profilini bağlayıb.

Xadra profilini bağlayana qədər biz onun sosial şəbəkə statuslarını araşdırmağa imkan tapmışdıq. Hiss olunurdu ki, livanlı vaxtının böyük hissəsini Azərbaycanda keçirir. Onun Qəbələdə çoxlu fotoları var. Xadra Azərbaycana ailəsi ilə gəlib. Amma livanlının ov şəkilləri gözə dəymirdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təhlükəsizlik xidmətinin rəisi Hikmət Əlizadə mətbuata açıqlamasında Acınohur ərazisində heyvanlara rəhmsiz davranan əcnəbilərin cərimə olunduğunu bildirmişdi. O, iki turistin 4 min manat civarında cəriməyə məruz qaldığını demişdi. Amma cəmiyyət belə açıqlamaları “ört-basdır cəhdi” kimi qarşılayır.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Peskov Putinin Sibir sevgisindən danışıb
Son xəbərlər
Bütün xəbərlər »