Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hesablama Palatasının sədri MDB çərçivəsində keçirilən tədbirdə iştirak edib
Hesablama Palatası

MDB iştirakçısı olan ölkələrin Ali Audit Orqanlarının Rəhbərləri Şurasının XIX sessiyası video-konfrans rejimində keçirilib.

“Report” xəbər verir ki, MDB iştirakçısı olan ölkələrin Ali Audit Orqanlarının Rəhbərləri Şurasının XIX sessiyasını giriş sözü ilə Tacikistan Respublikası Hesablama Palatasının sədri və eyni zamanda 2021-2023-cü illər üzrə sessiyaya sədrlik edəcək K.Çillozadə açaraq bütün iştirakçı Ali Audit Orqanlarının (AAO) rəhbərlərini salamlayıb, Şuraya yeni üzv olan Özbəkistan Respublikası Hesablama Palatasına sessiyanın işindəki fəaliyyətində uğurlar arzulayıb. Sonra sessiya plenar iclasını davam etdirib.

İlk olaraq, XIX sessiyanın gündəliyində duran məsələlər müzakirə edilərərk təsdiq olunuc. Rusiya Federasiyası Hesablama Palatasının sədri A.Kudrin Şuraya sədrlik etdiyi XVIII-XIX sessiyalararası müddətdə Şuranın fəaliyyəti haqqında geniş məlumat təqdim edib və üzv AAO-larla ikitərəfli və çoxtərəfli səviyyədə bilik və təcrübə mübadiləsi məqsədilə Azərbaycan, Belarus, Qırğızıstan AAO-ları ilə keçirilmiş onlayn görüşlər barədə danışıb. A.Kudrin 2021-2023-cü illər üzrə sessiyaya sədrlik edəcək Tacikistan Respublikası Hesablama Palatasının sədri K. Çillozadəyə ənənəvi simvolu təqdim edib.

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov sessiyanın tematik mövzusu olaraq seçilmiş “COVID-19 pandemiyası şəraitində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasında AAO-ların rolu” üzrə çıxış edərək DİM-lərin qiymətləndirilməsi və monitorinqində AAO-ların rolu, AAO-lar qarşısında duran əsas məsələlər, auditlərin aparılmasında yaranan əsas istiqamətlər, COVID-19 pandemiyası ilə əlaqəlilik kontekstində DİM-lərin icrası ilə bağlı fəaliyyətlərin nəzərdən keçirilməsi, hökumət tərəfindən görülmüş tədbirlər və bu istiqamətdə Azərbaycan Respublikası Hesablama Palatasının fəaliyyəti ilə bağlı məlumatı iştirakçıların diqqətinə çatdırıb.

Mövzu üzrə Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya AAO-larının rəhbərləri də çıxış etdikdən sonra MDB-nin 30 illiyi ilə bağıə nəzərdə tutulan tədbirlər müzakirə edilib, Qazaxıstan Hesablama Komitəsinin sədrlik etdiyi Standartların hazırlanması üzrə İşçi Qrupunun hesabatı, Şuranın Baş Katibi olan Rusiya Hesablama Palatasının hesabatı dinlənilib. Bununla yanaşı, XX sessiyanın keçirilmə yeri, İş Planının qəbul edilməsi, Şuranın bir sıra sənədlərinə dəyişikliklərin edilməsi müzakirə edilərək XIX sessiyanın yekun sənədləri təsdiq edilib.

Sonda Tacikistan Respublikası Hesablama Palatasının sədri K.Çillozadə MDB iştirakçısı olan ölkələrin Ali Audit Orqanlarının Rəhbərləri Şurasının XIX sessiyasının yekunlaşması ilə əlaqədar bütün üzv AAO rəhbərlərinə təşəkkür edərək auditdə baş verən yeni inkişaf və dəyişikliklərlə əlaqədar bilik və təcrübə mübadiləsi məqsədilə daha sıx və intensiv əməkdaşlığa dəvət edib.

Azərbaycan Respublikası Hesablama Palatasının sədrin Vüqar Gülməmmədovun MDB iştirakçısı olan ölkələrin Ali Audit Orqanlarının Rəhbərləri Şurasının XIX sessiyasında çıxışının tam mətni ilə saytın müvafiq bölməsindən tanış olmaq olar.

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Mal əvəzinə naz satan qızlar: “Almasanız, müdir məni qovacaq”
››› Ərzaq qiymətlərinin yüksəlməsi Rusiyada böyük narazılıq dalğası yaradıb
Son xəbərlər
Bütün xəbərlər »