Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Süveyş kanalını bağlayan gəmi nefti 5 faiz bahalaşdırdı, hər saatda 400 milyon dollar ziyan dəyir
Yük gəmisi
Aralıq və Qırmızı dənizləri birləşdirən, Misir ərazisində yerləşən Süveyş kanalı, Evergreen şirkətinin “Ever Given” konteynerdaşıyan gəmisi tərəfindən martın 23-də bloklanandan sonra naviqasiya üçün bağlanıb. “Reuters” agentliyi xəbər verir ki, konteynerdaşıyan gəmi saydan çıxarılmayınca kanal gəmi hərəkəti üçün bağlı qalacaq.

Gəminin saya oturduğu yerdə hazırda qəza yedəkləri çalışır, amma hələki gəmini daha dərin yerə dartmaq mümkün olmayıb. Konteyner gəmisinin bir hissəsinin qumluğa batdığı xəbər verilir. Ekspertlər deyiblər ki, kanalın açılması üçün bir neçə həftə vaxt lazım gələ bilər. Gəminin saydan çıxarılması üçün hazırda onun göyərtəsindəki konteynerlər boşaldılır, gəminin burun hissəsindəki qum yuyulur. Gəmi yalnız bundan sonra yedəkçilər tərəfindən kanalın daha dərin yerinə dartılacaq.

Kanalın bağlanmasına görə adətən Süveyş kanalından istifadə edən gəmilər indi Afrikanı dövrə vurmalı olacaqlar. Ən son məlumatlara görə hazırda götyərtəsində 900 min tonadək neft olan 15-dək tanker kanalın açılmasını gözləyir. Göyərtəsində 20 min konteyner olan “Ever Given” gəmisi Süveyş kanalında saya martın 23-də oturub. Ekipajın 25 üzvündən heç kim xəsarət almayıb. Konteyner gəmisinin sahibi olan Yaponiya üzrxahlıq edib.

Müşahidəçilər deyirlər ki, gəmiçilik tarixində ən böyük tıxacda 150-dək gəmi ilişib qalıb. Kanalda baş vermiş insident sosial mediada geniş müzakirələrə və hətta zarafatlara səbəb olub. Süveyş kanalı son dəfə 2004-cü ildə Rusiyanın “Sovkomflot” tankerinin saya oturması ilə əlaqədar üç gün bağlı qalıb. Kanal 1967-cı ildə Ərəb-İsrail müharibəsinə görə 8 il qapalı olub. 1973-cü ildə Misir ordusu kanala nəzarəti yenidən ələ alıb. Lakin onun təkrar açılışı 1975-ci ildə baş verib. Dünya konteyner daşımalının üçdə biri və dünya ticarəti yüklərinin 12 faizi Süveyş kanalından keçir.

Süveyş kanalının bağlanmasına görə “Brent” nefti 5 faizədək bahalaşıb. Hansı ki, bundan əvvəl neft ucuzlaşmaqda idi. “Bloomberg” agentliyi isə xəbərdarlıq edir ki, kanalın bağlanmasına görə dünyada tualet kağızı qıtlığı yarana bilər. Şirkət Braziliyanın tualet kağısı istehsalı üçün sellüloz təchiz edən “Suzano SA” şirkətinə istinad edir. Dünyada bu xammal təchizatının üçdə biri həmin şirkətin payına düşür. İndi isə xammalın çatdırılması ilə bağlı problem yaranıb və nəticədə istehsal dayana bilər.

Ümumiyyətlə, gəminin kanalı bağlaması nəticəsində qlobal ticarətə milyardlarla dollar ziyanın dəyəcəyinə şübhə yoxdur. Bəzi ekspertlərə görə, hətta gəmini sayadan çıxarmaq ümumiyyətlə mümkün olmaya bilər. Çünki bu cür qəzaların nəticəsini aradan qaldırmaq təcrübəsi yoxdur, gəmini sayadan çıxarmaq üçün onun yükünü heç olmasa qismən boşaltmaq lazımdır. Buna isə nə qədər vaxt gedəcək, heç kim bilmir.

Gəminin uzunluğu 400 metrdir və o, Çindən Avropaya gedərkən kanalda ilişib. Hesablamalara görə kanalın boş dayanması hər saatda 400 milyon dollar itirilməsi deməkdir. Gəmini istismar edən Tayvan şirkəti “Evergreen Marine” bildirir ki, insident güclü küləyin gəmini kursdan yayındırması nəticəsində baş verib. Qəfildən güclü küləyə yaxalanan gəmi kursdan yayınıb və təsadüfən saya oturub.(virtualaz.org)

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »