Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevgilisinə od vurub yandıran şəxs şikayətini geri götürdü
Məhkəmə

Tovuzda qeyri-rəsmi nikahda olduğu qadını öldürməyə cəhddə təqsirli bilinən Göygöl rayon sakini Əflatun Ələkbərov müdafiəçisinin verdiyi kassasiya şikayətini geri götürüb.

“Report” xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiya bu səbəbdən müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Ə.Ələkbərov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2018-ci ilin noyabr ayında baş verib. Əflatun Ələkbərov 14 noyabr 2018-ci ildə iki li qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Nişanə Bayramovanı ofisiant kimi yeni işə başladığı, rayonun Yuxarı Öysüzlü kəndi ərazisindəki kafedən işdən sonra qarşılayıb avtomobillə evlərinə apararkən sifətində makiyajın çox olduğu və alkoqol iyi gəldiyi üçün irad bildirib.

Əflatun Ələkbərov Nişanə Bayramovaya bir daha kafedə işləməyəcəyi barədə xəbərdarlıq edib, əks halda onun üçün yaxşı olmayacağı ilə hədələyəib. Qadın isə onun tələbinə əməl etməyəcəyini bildirib. Bundan sonra onların münasibətləri pisləşib və Ə.Ələkbərov onun telefonlarına cavab verməyib.

Nişanə Bayramova başqa telefon nömrəsindən zəng edərək özünü yaxşı aparmadığı təqdirdə münasibətləri barədə arvadına məlumat verəcəyini deyib. Ə.Ələkbərov bu halda onu öldürəcəyi ilə hədələsə də, Nişanə Bayramova onunla rəsmi nikahda olduğu arvadı S.Ələkbərovanın istifadəsində olan mobil telefona zəng edib və “iki il müddətində ər-arvad kimi yaşamaları və birgə uşaqları olması barədə” danışıb.

Bunu eşidən S.Ələkbərova evi tərk edib. Bundan əsəbləşən Əflatun Ələkbərov qisas almaq məqsədilə Nişanə Bayramovanın işlədiyi kafeyə gəlib və başına, sifətinə benzin tökərək alışqanla od vurduqdan sonra hadisə yerindən qaçıb.

N.Bayramova iş yoldaşları və digər şəxslər tərəfindən söndürülüb və xəstəxanaya yerləşdirilərək həyatı xilas edilib.

İstintaqa cəlb edilən Əflatun Ələkbərova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »