Ermənistan baş naziri Nikol Paşinyan hökumət binasına gəlməmişdən öncə ərazidə ifrat təhlükəsizlik tədbirlərinin görülməsi diqqət çəkib. Erməni mediasının diqqətindən qaçmayan bu genişmiqyaslı təhlükəsizlik tədbirlərindən biri də parka xüsusi təlim görmüş itlərin gətirilməsi olub.
"Paşinyanın hökumət binasına gəlməsindən öncə parkda oturan "Daşnaksütyun" funksionerləri saxlanılaraq ərazidən uzaqlaşdırıldılar. Paşinyanın üçüncü hökumət binasına hərəkəti isə yenə də xeyli sayda snayperlərin müşayiəti altında baş tutdu. Görünür hələ də baş nazir həyatına sui-qəsd riskinin azalmamasından narahatdır"-, deyə xəbərdə qeyd edilir.(virtualaz.org)