Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanla danışmayan Bayden yunan baş nazirə niyə zəng vurub
Bayden və Ərdoğan

ABŞ-da hakimiyyətə yeni prezident gəldiyindən, beynəlxalq müstəvidə yeni münasibətlər sistemi formalaşır. Co Bayden bəzi ölkələrlə fərqli davranışın tərəfdarı olduğunu gizlətmir. ABŞ dövlət başçısı, məsələn, Rusiyanın nazı ilə çox oynamaq fikrində deyil. Bayden Putindən xoşu gəlmədiyini açıq deyir. Onu hətta “qatil” adlandırır. Bununla Putinə ciddi təzyiqlərin anonsu verilir.

Bizimyol.info xəbər verir ki, Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da isti yanaşmır. ABŞ prezidenti kürsüyə əyləşəndən hələ bir dəfə də türk həmkarı ilə görüşməyib. Onların arasında telefon danışığı da qeydə alınmayıb. Əvəzində Bayden Yunanıstan hakimiyyətinə xüsusi diqqət göstərir. O, yunanların baş naziri Kiriakos Mitsotakisə zəng vurub. Özü də zəng Yunanıstanın Osmanlı İmperiyasından ayrıldığı günün ildönümünə – martın 25-ə təsadüf edib.

Ağ Evdən verilən açıqlamada Aralıq dənizində Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliyin söhbətin ciddi müzakirə mövzusu olduğu bildirilib. Bayden vəziyyətdən xəbərdar olduğunu dilə gətirib. Türkiyə mətbuatı bu nüansa xüsusi diqqət ayırıb. Çünki qardaş ölkə ilə yunanlar Aralıq dənizində tez-tez üz-üzə gəlirlər. Bəzən tərəflər müharibənin bir addımlığında olur. Məsələyə üçüncü, dördüncü qüvvələrin qarışmaq istəyi də müşahidə edilib.

Bayden görüşdə neytral görünməyə çalışıb. O, NATO üzvlərinin hər ikisi ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib. ABŞ prezidenti Aralıq dənizində əmin-amanlıq arzusunda olduğunu vurğulayıb.

Bayden Mitsotakisə təhlükəsizlik sahəsindəki əməkdaşlığa görə xüsusi təşəkkür edib. ABŞ prezidenti bildirib ki, enerji güvənliyi, Çin, Rusiya, Şərqi Avropa siyasətində Afina ilə ortaq məxrəcə gələ bilirlər.

Yunanıstan martın 25-də Osmanlı İmperiyasından ayrılmasının 200-cü ildönümünü qeyd edib. Baydenin telefon zəngi ABŞ-ın hələlik Yunanıstana daha çox güvəndiyini göstərir. Üstəlik, Rusiya-Türkiyə yaxınlaşması da Vaşinqtonun ürəyincə deyil. Baydenin Ərdoğanla müzakirələrinin yubanması da bu amilin arxasında gizlənir.

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
Son xəbərlər
Bütün xəbərlər »