Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Vaksin alınması üçün Rusiya ilə danışıqlar davam etdirilir”
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin

“Çinlə əldə etdiyimiz ilk razılaşma 100 milyon doza vaksin göndərilməsi idi. İlk mərhələdə 50 milyon doza göndərilməsi nəzərdə tutulurdu. Lakin hələ ki, 50 milyon doza vaksin bizə çatmayıb. Halbuki 50 milyon doza vaksin fevralın sonunda çatdırılmalı idi”.

APA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirusa əleyhinə vaksinasiya prosesindən danışarkən deyib.

O, bu məsələni Çinin xarici işlər naziri ilə müzakirə etdiyini də bildirib: “Dünən Çinin xarici işlər naziri ilə bu məsələni ətraflı müzakirə etdim və bildirdim ki, 50 milyon dozanın tezliklə biz çatdırılmasını gözləyirik. O mənə bu məsələ ilə daha yaxından maraqlanacağını və ölkəsinin rəhbərinə də çatdıracağını bildirdi. Çinli nazirin diqqətinə çatdırdım ki, razılaşmaya əsasən, aprelin sonuna qədər 100 milyon dozanın gətirilməsi də nəzərdə tutulur. Bununla da maraqlanacağını bildirdi. Bundan əlavə, bildiyiniz kimi Almaniyadan 1 milyon 400 min "BioNTech" vaksini də gəlib. Bu vaksindən isə ümumilikdə 10 milyon doza gətiriləcək”.

Ərdoğan vaksin alınması üçün Rusiya ilə danışıqların davam etdiyini də qeyd edib: “Rusiyadan da vaksin alınması bizi rahatladacaq, çünki insanlarımız üçün vaksini ən təsirli vasitə hesab edirik. Yerli vaksin hazırlanması işləri də davam edir”.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
Son xəbərlər
Bütün xəbərlər »