Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaksin böhranı böyüyür
Vaksin - peyvənd

COVAX Avropada koronavirus əleyhinə istehsal olunan bir neçə vaksini Azərbaycana göndərilməli olsa da, öhdəliyinə əməl etməyib. Azərbaycan Covaks platforması çərçivəsində Pfizer-BioNTech” vaksinlərini əldə edəcək

18 ölkə siyahısına daxil edilməyib. Halbuki ötən il yaradılan Covaks paltformasının Sars-Cov2 virusuna qarşı vaksinlərin hazırlanması təşəbbüsünü yüksək qiymətləndirən və bu əməkdaşlığa ilk qoşulan 50 ölkədən biri də Azərbayan olub. BMT-nin İnsan Hüquqları şurasının 46-cı sessiyası çərçivəsində Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində koronavirus əleyhinə vaksinlərə bərabər, məqbul qiymətə və vaxtında əlçatanlığın təmin edilməsi təşəbbüsünü irəli sürüb və qətnamə qəbul edilib.

Lakin görünən odur ki, ÜST vaksinlərin düzgün paylanılmasına nəzarət etmir. Üstəlik özü də həyəcan təbili çalır. Vaksinlərin bölgüsündə ədalət prinsipi pozulub, bir çoxları dozadan çox alıb, bəzi dövlətlərdə ümumiyəəytlə vaksinasiyaya hələ başlamayıb. Pandemiya bir ölkənin deyil, bütün dünyanın problemidir, vaksinlərin dünya ölkələri arasında düzgün paylanılmaması bəşəri cinayətdir.

Hazırda təxminən 50 ölkədə vaksinasiya prosesi gedir və bunların da demək olar ki, hamısı zəngin dövlətlərdir. Bütün dozanın 75 faizi cəmi 10 ölkədə tətbiq olunub. Avstriyanın kansleri Sebastyan Kurs bildirib ki,Avropa İttifaqı daxilində koronavirusa qarşı vaksin bərabər paylanmadığı üçün bəzi ölkələr əczaçılıq şirkətləri ilə tədarük üzrə gizli şəkildə müqavilə imzalayırlar. Onun sözlərinə görə, Avropa ittifaqına üzv ölkələrlə əczaçılıq şirkətləri arasında “satış” adlanan əlavə sövdələşmələrin aparılacağına dair göstərişlər var.

Problem yalnız vaksinin yoxsul ölkələrlə zəngin ölkələr arasında bərabər şəkildə bölüşdürülməsi ilə məhdudlaşmır .Gözlənildiyi kimi müxtəlif media orqanları da peyvənd rəqabətinin alovlanmasında xüsusi rol oynayırlar. Avropa Şurasının İngiltərə-İsveç şirkəti AsrtaZeneca ilə qalmaqalı günbəgün böyüyür. AsrtaZeneca istehsalı olan vaksinin beyində tromb yaratması barədə yayılan məlumatlar ona olan tələbatı azaldır, üstəlik Britaniyanın işlərinə əngəl törədir.

Peyvənd uğrunda əsl çarpışma üçüncü dövlətlərdə deyil, elə Avropanın ortasında gedir. Bu qalmaqallarda Britaniyanın Avropa ittifaqından ayrılması, Rusiyanın özünün koronavirus vaksini istehsal etməsi də xüsusi rol oynayır. Belə ki, yaxın zamanlara qədər Rusiya vaksinini tanımaq istəməyən Avropa indi onu dəstəkləməyi təklif edir. Və bu təklif istefaya Angela Merkelin dilindən səslənmişdi. Bu günlərdə Rusiyanın dövlət kanalları ÜST-ün vaksini bərabər paylamaması barədə hay-küylü reportajlar təqdim etməkdədirlər.

Baş verənləri müşahidə etməklə onu demək olar ki, indi vaksin strateji silaha çevrilib və dövlətlər indi ondan təzyiq aləti kimi istifadə etməyə başlayıblar. Siyasət dünyasına ayaq açan tibb oyunları yaxın illərdə bizi tərk edəcək kimi görünmür.

İlhamə Rəsulova

Paylaş »
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Videosu yayılan qazini dövlət nəzarətə götürdü - Video
››› AZAL-ın “möcüzə”si: İslandiyadan Türkiyəyə Azərbaycandan daha ucuz gedib-gəlmək olur
Son xəbərlər
Bütün xəbərlər »