Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda rus dilini "dövlət dili" elan etdilər: Bakının reaksiyası nə olacaq...
Xankəndi

“Ermənistan dövlətinin və Rusiya sülhməramlılarının Qarabağda, Xankəndində dəstəklədiyi seperatçı rejimin "parlament"i 25 mart 2021-ci ildə rus dilinə "dövlət dili" statusu verib. Rusiya Qarabağda sülhməramlı missiyası yerinə yetirmək əvəzinə separatçıları himayə etməklə, onları dirçəltməklə münaqişəni bitməyə deyil, yenidən alovlandırmağa çalışır. İnandırıcı deyil ki, bu boyda hadisədən Rusiya xəbərsiz osun. Bu mövzunun üzərindən sakitliklə keçmək mümkün deyil”.

Bu fikirləri Bizimyol.info-ya Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.

Mübariz Göyüşlü Mübariz Göyüşlü Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

“Bu qərar və bundan əvvəlki bir sıra addımlar Xankəndində separatçıların, onları həvəsləndirən Rusiya və Ermənistanın dinc durmadığını, ortalığı qarışdırdığını göstərir. Ötən il bu vaxtlar Şuşada, digər işğal olunmuş rayonlarımızda müxtəlif qərarlar verən, seçkilər keçirənlər aldıqları ağır dərsi unudublar, deyəsən? Rus dilinə status vermək istəyənlər davranışlarında səmimidirlərsə, bunu Ermənistanda reallaşdıra bilərlər. Qarabağda hansısa bir dövlət yoxdur ki, orada dünyadakı nüfuzu get-gedə zəifləməkdə olan rus dilinə status verə bilsin.

Ermənistan onsuz da Rusiyanın forpostudur. Rusiyanın icazəsi olmadan heç bir addım ata bilməyən Ermənistan öz ərazisində rus dilinə dövlət dili statusu verməklə, gələcəkdə isə buranı Rusiyanın bir əyaləti kimi rəsmiləşdirməklə özlərini də, bizi də, dünyanı da problemlərdən qurtarmış olarlar. Bu bölgədə heç bir zaman dövləti olmayan, dövlətçilik təcrübəsindən məhrum bir toplumun anormal hərəkətləri onlara hələ çox ziyan vuracaq.”,- deyən ekspert qeyd edib ki, əgər Rusiya bu özbaşnalığa son qoymasa, demək ki, baş verənlər onun planıdır.

“Sülhməramlılar qondarma “parlament”in qərarını dayandırmasalar, ümumiyyətlə, onu ləğv etməsələr, bu hadisələri körükləyənin, onları yönləndirən və dəstəkləyənin Rusiya olduğu təsdiqlənəcək. Belə bir durumda Rusiyanın sülhməramlı missiyasının üzərinə kölgə düşəcək və hesab edirəm ki, bitərəfliyini qoruya bilməyən bir dövlətin qoşunlarının burada qalmasına da ehtiyac yoxdur. Sülhməramlı missiyasını layiqincə yerinə yetirə bilməyən Rusiyanın bu hərəkəti, yaxud hərəkətsizliyi Azərbaycana Xankəndində əməliyyatı keçirməyə tam imkan verir. Bundan əvvəl orada Azərbaycan əleyhinə yürüş keçirilməsinə, Ermənistandan Xankəndinə qeyri-qanuni qüvvələrin daşımasına, o cümlədən digər qanunsuz hərəkətlərinə biganə qalan Rusiya olan-qalan etimadını da itirməkdədir. Mən eyni zamanda rəsmi Bakını, ölkənin ictimai-siyasi qurumlarını, şəxslərini, Ağdamda Monitorinq Mərkəzində əyləşən Türkiyə hərbiçilərini də aktivliyə səsləyirəm. Bu hərəkətlərə susmaq olmaz. Qəti bir şəkildə etiraz bildirilməli, Rusiyadan bu biabırçılığa son qoyması tələb edilməlidir. Əks təqdirdə buna Azərbaycanın hüquq-mühafizə orqanları, ordusu son qoymalıdır”.

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »