Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobildən 14 kiloqramdan artıq narkotik aşkarladı
Narkotik - qaçaq mal

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 14 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Bizimyol.info xəbər verir ki, DİN-nin Mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı rayon sakinləri, əvvəllər bir neçə dəfə məhkum olunmuş M.Məmmədov, X.Nuriyev və İ.Zeynalov sonuncunun idarə etdiyi “BMW” markalı avtomobildə Cəlilabad rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların olduğu avtomobilə keçirilən baxış zamanı oradan ayrı-ayrı bağlamalarda ümumi çəkisi 12 kiloqram 390 qram narkotik vasitə heroin, 1 kiloqram 150 qram tiryək, 1 kiloqram 100 psixotrop maddə metamfetamin, 1 ədəd balta, 2 ədəd bıçaq və 2 ədəd taxta dəyənək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Rusiya Türkiyənin Ukraynaya dəstəyindən narazılığını bildirib
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »