Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Britaniya parlamentinin üzvlərini “qara siyahı”ya salıb
Çin Avropa ölkəsindən qisas almağa söz verib

Rəsmi Pekin Çinin Sincan Uyğur Muxtar Bölgəsində “insan hüquqları” mövzusuna dair yalan və dezinformasiya yaydıqlarına görə Böyük Britaniya parlamentinin bir neçə üzvünə, hüquqşünas və sahibkarlara, habelə 4 təsisatına sanksiyalar tətbiq etməyə başlayıb.

Virtualaz.org Çin Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasına istinadən bildirir ki, bu sanksiyalar Sincan bölgəsində "insan hüquqları"nın pozulmasına görə Londonun bir neçə gün əvvəl Çinə tətbiq etdiyi sanksiyalara cavabdır.

Həmin şəxslərin və onların ailə üzvlərinin Çinin materik hissəsinə, habelə Honkonq və Makao xüsusi inzibati ərazilərə girişinə qadağa qoyulub, onların Çindəki vəsaitləri dondurulacaq. Pekinin sanksiyaları Çin vətəndaşlarını və qurumlarını Böyük Britaniyanın həmin fərdləri və hüquqi şəxsləri ilə əməkdaşlığını qadağan edib.

Çin XİN Londona yanlış yol ilə getməmək barədə xəbərdarlıq edərək, əks təqdirdə Çinin daha sərt cavab verəcəyini açıqlayıb. Pekin hesab edir ki, Böyük Britaniyanın Çin fərdi və hüquqi şəxslərinə tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqa və beynəlxalq münasibətləri tənzimləyən normalara ziddir, Çinin daxili işlərinə müdaxilə cəhdi xarakteri daşıyır və Çin-Böyük Britaniya münasibətlərinə ciddi zərər vurur.

Xatırladaq ki, martın 22-də ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanada Çinin Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqlarının pozulması hallarını əsas götürərək Çin rəsmilərinə və qurumlarına sanksiyalar tətbiq etməyə başladıqlarını bəyan ediblər.

Bir müddətdir bəzi Qərb ölkələrinin siyasətçiləri, qeyri-hökumət təşkilatları və mətbuatı Çin hökumətinin Sincan bölgəsində uyğur müsəlmanlara təzyiqlər göstərdiyini, xeyli sayda uyğurun peşə təlimi adı altında xüsusi düşərgələrdə saxlanıldığını, onların məcburi əməyə cəlb edildiyini, bölgədə dini etiqad azadlığının məhdudlaşdırıldığını bəyan edirlər. Həmin ölkələr bir neçə dəfə Çin rəsmilərinə və qurumlarına sanksiyalar tətbiq ediblər, müvafiq bəyanatlar veriblər. Çin tərəfi bu cür addımların Sincan Uyğur Muxtar Bölgəsində insan hüquqları ilə bağlı vəziyyəti qəsdən ləkələmək, beynəlxalq hüququ və beynəlxalq münasibətləri tənzimləyən əsas normaları kobudcasına pozmaq, Çinin daxili işlərinə kobud müdaxilə etmək kimi qiymətləndirib. Rəsmi Pekin "Sincan məsələsi"nin insan hüquqları, etnik və dini məsələlərlə əlaqəli olmadığını, əslində, zorakılıq, terrorizm və separatçılıqla mübarizə olduğunu bəyan edir.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »