Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron vaksinlər və “yeni tipli Dünya müharibəsi”ndən danışdı
Makron vaksinlər və “yeni tipli Dünya müharibəsi”ndən danışdı

Avropa peyvəndlə bağlı "yeni tipli Dünya müharibəsi" ilə üzləşib.

Virtualaz.org bildirir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının virtual sammitinin birinci gününün yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu həm də "Rusiya və Çinin vaksinlərin köməyi ilə təsir göstərmək cəhdləri" ilə bağlıdır.

Fransa lideri yaranmış vəziyyətdə Avropanın bu cür preparatların istehsalı məsələsində müstəqil olması zərurətini vurğulayıb.

Makron, yaxın aylarda Avropanın koronavirusa qarşı vaksin istehsalının həcmini artıracağını və ən böyük istehsalçıya çevriləcəyini bildirib. Bununla yanaşı, təklif edib ki, istehsalçı Avropa İttifaqına tədarük üzrə öhdəlikləri yerinə yetirmirsə, vaksinlərin ixracı dayandırılsın.

Fransız lideri, həmçinin qeyd edib ki, AstraZeneca-dan fərqli olaraq Pfizer və Moderna şirkətləri öz öhdəliklərinə əməl edirlər.

Son xəbərlər
Bütün xəbərlər »