Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiya Baydeni Tokio Olimpiadasına dəvət etməyi planlaşdırır
olimpia

Yaponiyanın baş naziri Yoşihide Suqa parlamentdə keçirilən müzakirələrdə ABŞ-a gözlənilən səfəri zamanı prezident Co Baydeni Tokio Yay Olimpiya Oyunlarına dəvət etmək niyyətini açıqlayıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.

“Oyunlar üçün “Böyük Yeddilər” ölkələrinin liderlərindən aldığımız dəstəyi nəzərə alsaq, bu təbii olardı”-deyə, baş nazir bildirib.

Tokio Olimpiadası 2020-ci ilin 24 iyulundan 9 avqusta qədər keçirilməli idi, amma yarış pandemiyaya görə təxirə salınıb. Olimpiya oyunları bu il iyulun 23-dən avqustun 8-ədək keçiriləcək. Bu halda "Tokio-2020" Oyunlarının adı olduğu kimi saxlanılıb.

Xatırladaq ki, Yaponiyanın Baş naziri Yosihide Suqa ABŞ-a səfər edəcək. Səfər təxirə salımasa Ağ Evdə Baydenlə görüşən ilk xarici lider Yaponiyanın hökumət başçısı olacaq.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› Rusiya Türkiyəyə çarter reyslərinin dayandırılması ilə bağlı qərar verib
Son xəbərlər
Bütün xəbərlər »