Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Berdiməhəmmədov nəvəsi ilə birgə daha bir mahnı yazdı - Video
Berdiməhəmmədov nəvəsi ilə birgə daha bir mahnı yazdı - Video

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov nəvəsi ilə birlikdə yeni bir mahnı yazıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Turkmenportal məlumat yayıb.

Türkmənistan Prezidentinin yazdığı "Mənim Ağ Şəhərim - Aşqabad" kompozisiyasının premyerası ölkənin paytaxtında, Axaltəkə atçılıq kompleksinin böyük atçısının mükafatlandırma mərasimində baş tutub.

Mahnının sözləri Prezidentin özünə, musiqisi isə onun nəvəsi Kərim Berdiməhəmmədova məxsusdur. Prezidentin mahnını yazmasında Aşqabad adlı atın doğulmasından ilhamlandığı bildirilib.

Qəzetin qeyd etdiyi kimi, iki il əvvəl də, türkmən atı şərəfinə təşkil edilən bayram tədbirində Berdiməhəmmədov yeni doğulmuş bir ata həsr etdiyi kompozisiyasını nəvəsi ilə birlikdə ifa etmişdi.

2020-ci ilin noyabrında isə Türkmənistan Prezidenti Aşqabadda iti Alabaya qızıldan heykəl qoydurmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »