Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN-dən Qarabağdakı Birgə Mərkəzlə bağlı açıqlama
Rusiya XİN

"Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün ortaq Rusiya-Türkiyə Mərkəzinin yaradılması qarşılıqlı məqbul həll yollarının əldə edilməsi üçün lazımi şərait yaradıb".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bu gün yayımladığı 2020-ci il üçün Xarici Siyasət icmalında qeyd olunub.

Bildirilib ki, Dağlıq Qarabağda və ona bitişik bölgələrdə vəziyyət sabitləşib, bu isə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üçün fəaliyyətə başlamağa imkan yaradıb.

"Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Ankara ilə ortaq Rusiya-Türkiyə Mərkəzinin yaradılması barədə razılıq, zorakılığa son qoyulması, Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və dəstəklənməsi istiqamətində qarşılıqlı məqbul həll yollarına şərait yaradıb",- deyə sənəddə qeyd olunub.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› “İdeal”ın keçmiş sahibinin anası: “Oğlumu azğınlaşmış məmurlar parçalayıb məhv edir”
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Ramazan ayının təqvimi açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »