Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir Təhsil şöbəsinin müdirini işdən çıxardı - Yeni təyinat
Naxçıvan Muxtar Respublikası Təhsil naziri Məmməd Qəribovun əmri ilə Şərur Rayon Təhsil Şöbəsinin müdiri Zaur Həsənov işindən azad edilib.

Nazirin digər əmri ilə Şərur rayon Qarxun kənd orta məktəbinin direktoru Tuncay Cəfərov Şərur rayon Təhsil şöbəsinin müdiri təyin edilib. Naxçıvan Muxtar Respublikaı Təhsil Nazirliyindən Bizimyol.info bildirilib ki, Zaur Həsənovun işdən azad olunduqdan sonra saxlanılması haqda məlumat yalandır, heç bir həqiqəti əks etdirmir.

Qeyd edək ki, bu gün bir sıra KİV-də Naxçıvan Muxtar Respublikası Şərur rayon Təhsil şöbəsinin müdiri Zaur Həsənovun işdən azad olunduqdan sonra saxlanılması haqda xəbər yayılmışdı.

Son xəbərlər
Bütün xəbərlər »