Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İsrailin Türkiyə ilə barışmağının vaxtı çatıb”
“İsrailin Türkiyə ilə barışmağının vaxtı çatıb”

Qarabağda aktiv əməliyyatlar zamanı  Türkiyə ilə yanaşı, İsrail də Azərbaycanın yanında idi. Hər iki dövlət ölkəmizin haqq işini dəstəkləyirdi.Kənardan düşmən kimi görünən bu iki ölkənin Azərbaycan ətrafında bir cəbhədə dayanması dünya mətbuatının da diqqətini cəlb etmişdi. Dünya miqyaslı politoloqlar da deyirdilər ki, Türkiyə-İsrail münasibətlərində Azərbaycan barışdırıcı halqa ola bilər.

Ümumiyyətlə, Türkiyə-İsrail yaxınlaşması başqa müstəvilərdə də hiss olunur. Halbuki bu ölkələr arasında həmişə gərginlik müşahidə edilib.

Bizimyol.info xəbər verir ki, İsrailin böyük qəzetlərindən olan “Haaretz” Türkiyə ilə dostlaşmaq perspektivindən bəhs edən yazı hazırlayıb. Nəşr yerli siyasətçilərə müraciətlə Ankara ilə yaxşı münasibətlərin qurulmasının vacibliyini bildirib.

Yazıda qeyd olunub ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxınlaşmaya müsbət yanaşır. Eyni zamanda, ABŞ-ın yeni dövlət başçısı Co Bayden də dostluq perspektivinə isti münasibət göstərir. Baydenin İsrailə görə Türkiyəyə hətta müəyyən təzyiq göstərdiyi yazılıb.

İsrailin İranla münasibətlərinin yaxşı olmadığı sirr deyil. Hətta bu dövlətlər bir-birini əbədi düşmən sayır. “Haaretz” düşmən münasibətdən də bəhs edib. Qəzet yazıb ki, Türkiyə ilə İsrail dostluq münasibətləri yaratsa, İran kənarda qalar. “Haaretz” Yaxın Şərqdə üç böyük qüvvənin olduğunun qeyd edir. Təbii ki, söhbət Türkiyə, İsrail və İrandan gedir. “Haaretz” Türkiyə ilə İsrailin bir-birinə ehtiyacı olduğunu vurğulayıb.

İsrail qəzeti yazır ki, əslində, Türkiyə İrana düşmən münasibət göstərimir. Gerçəkdən də, Ankara heç vaxt Tehranı hədəf seçməyib. Ölkələrin baş-başa gəldiyi ciddi münaqişəni də xatırlamaq olmur. Amma “Haaretz” Qafqaz, İraq və Suriyada tərəflərin eyni maraqlardan çıxış etmədiyini yazır.

“Haaretz” Qafqazdan söz açarkən, heç şübhəsiz, Qarabağ məsələsini nəzərdə tutur. İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də, bir çox hallarda daha çox Ermənistanın tərəfdaşı kimi çıxış edir. Açıq yazmaq lazımdır ki, Bakı Tehrana heç cür güvənə bilmir. “Haaretz” bu məsələdən birbaşa danışmayıb. Buna baxmayaraq, İsrail qəzeti Türkiyə ilə İranın birlikdə olmaq perspektivini görmür. Məhz bu mövqedən çıxış edərək, yerli siyasətçiləri Ankara ilə dostluğa səsləyir.

Son xəbərlər
Bütün xəbərlər »