Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaşayış binasının 7-ci mərtəbəsində yanğın olub
Yaşayış binasının 7-ci mərtəbəsində yanğın olub

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın olub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şəhərin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 67 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 4 m² sahədə və 1 ədəd televizor yanıb.

Qeyd olunub ki, yüksək temperaturdan lambirindən ibarət tavan 12 m² sahədə qarsalanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »