Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsraildə səslərin 90 faizi sayıldı: Netanyahunun partiyası qələbə qazanır
Netanyahu

İsraildə keçirilən parlament seçkilərində baş nazir Benyamin Netanyahunun “Likud” Partiyası səslərin 90 faizinin sayılmasından sonra liderlik edir.

Bu barədə İsrailin “Kan” dövlət radiosu məlumat yayıb.

Lakin seçki nəticələrinə əsasən gələcək 24-cü çağırış Knessetdə (parlament) yerlərin bölüşdürülməsi səbəbilə dayanıqlı koalisiyanın və yeni hökumətin formalaşdırılması ehtimalı çox az görünür.

“Səslərin 90 faizinin sayılmasından sonra “Netanyahu tərəfdarları” düşərgəsi 59, “Netanyahu əleyhdarları” bloku isə 56 yer qazanır”, - deyə radiostansiya bildirib.

Qeyd olunur ki, hazırda Knessetdəki 120 yerdən 30-u “Likud”, 18-i isə ən yaxın rəqibi, müxalifət lideri Yair Lapidin “Eş atid” Partiyası tərəfindən qazanılıb. Cümə günü başa çatacaq səslərin sayılması prosesindən sonra da bu fərqin saxlanılması gözlənilir.

Bildirilir ki, istənilən halda 59 mandat dayanıqlı koalisiya formalaşdırmaq üçün kifayət etmir və ölkədə 2021-ci ilin payızında yenidən parlament seçkilərinin keçirilməsi ehtimalını yüksəldir.(oxu.az)

Paylaş »
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »