Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeyts Avropa və ABŞ-ın “ölümcül səhvləri” haqda
Bill Qeyts

“Microsoft”un qurucusu Bill Qeyts hesab edir ki, Avropa və ABŞ koronavirus pandemiyasının ilk mərhələlərində ölümcül səhvlərə yol veriblər.

Virtualaz.org-un məlumatına görə, bu barədə Qeyts TVN kanalına müsahibəsində deyib.

O bildirib ki, özü və digər şəxslər vəziyyətlə bağlı xəbərdarlıq edib, tövsiyələrini veriblər: "Az məbləğə tədbirlər hazırlayıb, problemin qarşısını almaq olardı. Ancaq təəssüf ki, tövsiyə edilənlər həyata keçirilmədi. PCR texnologiyası çox dəqiq test keçirməyə imkan verir və epidemiyanın başlanğıc mərhələsində kifayət qədər insan test edilsəydi, müsbət nəticə göstərənlər karantinə alınsaydı, bu qədər geniş kilidlənməyə səbəb olan eskalasiyadan qaçmaq olardı.

Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya kimi bir neçə ölkə bunu çox yaxşı bacardı. Təəssüf ki, Avropanın, Cənubi Amerikanın böyük hissəsi və ABŞ bunu etmədi, əvəzini çox yüksək həddə ödədik".

Qeyts hesab edir ki, erkən mərhələdə sərmayə qoyulmalı idi, o zaman bu qədər maliyyə tələb olunmayacaqdı: "Hətta epidemiya zərbə vuranda belə bu cür şansımız var idi, dünya liderləri buna əvvəlcədən hazırlaşsaydılar, heç olmasa doğru elm adamlarına müraciət etsəydilər, testlərin sayını artırıb, təcrid olunmaya diqqət yetirsəydilər, o zaman ölkələr bunun öhdəsindən daha yaxşı gələ bilərdilər".

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Azərbaycan efirində təhlükəli vəziyyət: “Bu, tezliklə həll olunmalıdır”
››› Prezident Qubadlıda məscidi sökənlərlə bağlı tapşırıq verdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »