Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN: Ötən il Azərbaycanla strateji tərəfdaşlıq inkişaf edib
Rusiya XİN

2020-ci ildə Azərbaycanla strateji tərəfdaşlıq ardıcıl olaraq inkişaf edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin 2020-ci il üçün xarici siyasət fəaliyyətinə dair icmalında bildirilib.

Bildirilib ki, aktiv təmaslar ən yüksək səviyyədə hökumət və parlament xətləri ilə davam edib: "İki ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın dayanıqlı dinamikası qorunub saxlanılıb. 2019-ci illə müqayisədə ticarət dövriyyəsi 8,9 faiz azalaraq 2,8 mlrd dollar təşkil edib. 2024-cü ilə qədər Rusiya-Azərbaycan əməkdaşlığının əsas sahələrinin inkişafı üzrə Fəaliyyət Planı -ticarət, turizm,nəqliyyat infrastrukturu və yüksək texnoloji sənaye sahələri üzrə altı “yol xəritəsi” həyata keçirilib.

Koronavirus problematikası üzrə də Azərbaycanla sıx əməkdaşlıq etmişik, pandemiya ilə mübarizədə yardım göstərdik. “Sputnik V” peyvəndinin birgə istehsalına başlamaq məsələsi nəzərdən keçirilib”, - deyə Rusiya XİN-in yaydığı icmalda qeyd olunub.(apa)

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »