Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada əməliyyat: Şamil Basayevin silahdaşı həbs olundu
FSB Rusiya

2000-ci ildə Çeçenistanda Pskov desantçılarına hücumun iştirakçılarından biri Moskvada həbs edilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, həbs edilən şəxs Çeçenistanın səhra komandiri olmuş mərhum Şamil Basayevin dəstəsinin üzvüdür.

Çeçen mücahid German Arbininin həbs olunması əməliyyatında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX), FTX-nın İstintaq Komitəsinin, Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın zabitləri iştirak ediblər.

Xüsusi xidmət orqanları German Arbininin Pskov desantçılarına hücumda iştirakını təsdiq edən dəlil və sübutların olduğunu iddia edirlər. Bildirilir ki, çeçen mücahid silahlı üsyan və hərbi personalın həyatına təcavüz ittihamı ilə mühakimə edilə bilər.

Xatırladaq ki, Pskov desantçılarına hücum Çeçenistanın Arqun dərəsində baş verib. 29 fevral 2000-ci il tarixdə 76-cı Pskov hava-desant diviziyasının 104-cü alayının 6-cı tağımı ilə çeçen mücahidləri döyüşə girib. Bu döyüşdə çeçen mücahidlərinə Şamil Basayev və Əmir Xəttab rəhbərlik ediblər.

Paylaş »
››› Türk polkovnik: Türkiyə “Bozdoğan”ı Azərbaycana da verəcək
››› Biz o yazını saytdan sildik, vicdanınıza düşən ləkəni kim siləcək?..
››› Hansı halda sərt karantin ola bilər...
››› 2,4 milyon dollarlıq müalicə: Körpələri tələf edən xəstəlik...
››› Bağçalarda 2 milyon yeyinti: “Birbaşa günahkarı icra başçılarıdır”
››› Rusiya Azərbaycanı Ermənistanın da üzv olduğu Gömrük İttifaqına çəkmək istəyir...
››› İşğalçıların xarabalığa çevrildiyi Ağdamdan son görüntülər – Fotolar - Videolar
Son xəbərlər
Bütün xəbərlər »