Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Böyük Britaniyanın keçmiş baş naziri barəsində təhqiqat başlayıb
Britaniya

Böyük Britaniya Lobbiçilik Qeydiyyatı (UKLR – UK Lobbying Register) adlı rəsmi qurumu keçmiş baş nazir David Kameron barəsində lobbiçilik qanunlarını pozduğu şübhəsi ilə bağlı rəsmi təhqiqata başlayıb.

“Report” “The Guardian”a istinadən xəbər verir ki, 2010-2016-cı illərdə iqtidarda olmuş D.Kameronun ötən il aprel ayında “Greencill Capital” şirkətinin müşaviri işlədiyi dövrdə öz şəxsi telefonundan kansler Rişi Sunakla əlaqə saxlamaqda ittiham olunaraq artan təzyiqlə üzləşib. Bu ay müflis olmuş adıçəkilən şirkət həmin vaxt hökumətdən COVID-19 pandemiyası ilə bağlı “yüz minlərlə pound məbləğində” fövqəladə kredit almağa çalışırdı.

UKLR-dan “Times”a bildiriblər ki, D.Kameronun qeydiyyatsız müşavir lobbiçiliyilə məşğul olmaq ehtimalına dair araşdırma aparılır.

Qeyd edək ki, mövcud qanunlara əsasən nazirlər və s. yüksək rütbəli rəsmilərə üçüncü tərəf adından lobbiçilik edənlər müvafiq qaydada qeydiyyatdan keçməlidir. Bu qaydanı pozanlar 7 500 pound məbləğində cərimə olunur, ciddi fəsadlar olduqda isə hətta cinayət məsuliyyətinə cəlb edilirlər.

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »