Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə bağlı sənədi təsdiqləyib
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun maliyyələşdirilməsi ilə bağlı protokolu təsdiqləyib.

Sənəd 2020-ci ilin fevral ayının 28-də İstanbulda imzalanıb və fondun büdcəsinin formalaşdırılmasını nəzərdə tutur.

Protokola əsasən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun büdcəsi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olan ölkələrin ödənişləri əsasında formalaşdırılacaq.

Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türk Şurasına üzv olan ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvanda keçirilən 9-cu zirvə toplantısında qəbul edilən qərar əsasında yaradılıb. Təşkilatın mənzil-qərargahı Bakı şəhərində yerləşir.(report)

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »