Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan Ermənistanın qarşısında 3 şərt qoyub” – Ermənistan mətbuatı
Naxçıvanın Kərki kəndi

Azərbaycan qarşısında məğlubiyyət Ermənistanı sanki hissələrə parçalayıb. Bu ölkədə yaxın gələcəkdə siyasi sabitliyin yaranacağı gözlənilmir. Ermənistan hələ də darmadağının acısını yaşayır.

Bizimyol.info xəbər verir ki, Ermənistan mətbuatı Azərbaycanın bu ölkə qarşısında 3 şərt qoyduğunu yazır. Guya yalnız bundan sonra əsirlərin qaytarılması müzakirə oluna bilər.

Erməni əsirlərin nümayəndəsi Siranuş Sahakyan mətbuata danışıb ki, Azərbaycan tərəfdə 200-ə yaxın Ermənistan hərbçisi qalıb, amma rəsmi Bakı yalnız 73 nəfərin ələ keçirildiyini bildirir: “Ermənistan tərəfinin onların tutulması ilə bağlı danılmaz faktları var”.

Ermənistanda Azərbaycanın bu şərtləri irəli sürdüyünü iddia edirlər: 1. Ermənistan qüvvələrinin Qarabağ ərazisindən çıxarılması. 2. Əlavə ərazilərin güzəşti (məsələn, Kərki kəndi - əslində Azərbaycanın öz ərazisidir - red.). 3. Şuşaya gedən Qırmızı bazar yolunun Azərbaycanın nəzarətinə verilməsi.

Ola bilər ki, Ermənistan tərəfi haqlıdır, Azərbaycan gerçəkdən belə şərtlər irəli sürüb. Bəs buna nə dərəcədə haqqımız çatır? Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması hələ 10 noyabr razılaşmasında əksini tapmışdı. Bu müddət ərzində razılaşmaya tam əməl olunmayıb. Qarabağda hələ də onların birləşmələrinin olması barədə məlumatlar var. Bu mənada Azərbaycan məntiqsiz şərt irəli sürmür.

Ermənistanda Tiqranaşen adlandırılan Kərki kəndi Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxildir. Ermənistan yaşayış məntəqəsini hələ 1990-cı ildə ələ keçirmişdi. Halbuki kəndin əsasını orta əsrlərdə türk tayfaları qoyub. Həm cümhuriyyət, həm də SSRİ dövründə Kərki Azərbaycanın ərazisi olub. Rəsmi Bakı belə şərt irəli sürürsə, yenə haqlıdır.

Şuşaya gedən Qırmızı bazar yolunun Azərbaycanın nəzarətinə verilməsi istəyində də təəccüblü bir şey yoxdur. Bu yolun necə böyük əhəmiyyət daşıdığını ərazini tanıyanlar çox yaxşı bilir. Aktiv əməliyyatlar vaxtı Azərbaycan hərbçilərinin yolu geri qaytarmasına saatlar qalanda birgə bəyanat imzalanmışdı. Rəsmi Bakı bu məsələlərdə çox səmimidir. Yeganə məqsəd ölkənin ərazi bütövlüyünün bərpasıdır. Azərbaycan prosesi qan tökülmədən başa vurmaq istəyir. Yoxsa növbəti həmlə ilə Qırmızı bazar yolunu geri qaytarmaq mümkün idi. Azərbaycan haqqını tələb edir. Bölgəyə sakitlik və sabitliyin gəlməsi üçün isə haqqın yerini alması çox vacibdir.

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
Son xəbərlər
Bütün xəbərlər »