Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Eyham vururlarsa, deməli, nəsə planlaşdırırlar...”
Nikolay Patruşev

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Rusiya ilə münasibətlərdə “çətin günlərin gözlənildiyini” deyib. Və “qətiyyətli addımlar atmağın zəruriliyindən” danışıb.

“Biz hesab edirik ki, Rusiya ilə münasibətlərimizdə çətin günlər qarşıdadır, çünki bir sıra məsələlər var ki, bizim mövqelərimiz dərindən fərqlənir. Habelə bir sıra hərəkətlər var ki, biz onlara qətiyyətli cavab verməliyik”,-Sallivan MSNBC telekanalının efirində bildirib.

Milli təhlükəsizlik müşaviri bəyan edib ki, Moskva ilə sonrakı münasibətlər bir sıra ciddi çağırışlarla müşaiyət olunacaq və bunlar Amerikadan öz maraqlarını qorumağı tələb edir.

Ceyk Sallivana Rusiyadan onun həmkarı, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev cavab verib. “Bir halda ki, onlar eyham vururlar, deməli nəsə planlaşdırırlar. Əgər planlaşdırırlarsa deməli həyata keçirə də bilərlər. Lakin o zaman onlar öz hərəkətlərinə görə məsuliyyət daşımalı olacaqlar”,-Patruşev bildirib.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Qərb Rusiyada “etnik və dini münaqişələr yaratmaq, yad ideallar və normalar sırımaq” cəhdləri göstərir.

Qeyd edək ki, Cozef Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-la Rusiya arasında münasibətlər daha da kəskinləşib. Bu günlərdə Bayden Putinin ünvanına “qatil” ifadəsi işlədib. Cavabında Putin ona “sağlamlıq” arzu edib və bildirib ki, “kim nə deyirsə onun özünə aiddir”...(virtualaz.org)

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »