Martın 24-də Şamaxı rayonu ərazisində 3,3 bal gücündə zəlzələ olub.
Bizimyol.info xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 15:27-də Qobustan stansiyasından 22 kilometr qərbdə qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.