Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobilin qarşısında yola yıxılan qadının şəxsiyyəti müəyyən olunub - Video
Avtomobilin qarşısında yola yıxılan qadının şəxsiyyəti müəyyən olunub - Video

Abşeronda avtomobil yoluna çıxaraq, qəza görüntüsü yaradan qadının şəxsiyyəti müəyyən olunub.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə müəyyən olunub ki, rayonun “Gənclər şəhərciyi”də yaşayan 30 yaşlı qadın martın 23-də sağlamlığında yaranan psixi pozğunluqla əlaqədar evdən qaçarkən avtomobil yolunda müvazinətini itirərək yerə yıxılıb.

Görüntüdə onu təqib edən şəxslər isə onun ailə üzvləri olub. Qadın dərhal xəstəxanaya çatdırılaraq, ilkin tibbi yardım göstərilib.

O da məlum olub ki, qadının əməlində hər hansı qəsd yoxdur, əvvəllər onunla bağlı bu və ya digər formada polis orqanlarına hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Qadın ailəlidir.

Hazırda Abşeron RPİ Mehdiabad Polis Bölməsində faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.

Son xəbərlər
Bütün xəbərlər »