Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransadan Türkiyə barədə ikibaşlı açıqlama: “Ankaraya qarşı sərt davranmaq olmaz”
Fransadan Türkiyə barədə ikibaşlı açıqlama: “Ankaraya qarşı sərt davranmaq olmaz”

Qarabağın azad edilməsi dünyada yeni reallığın yaranmasına gətirib çıxardı desək, yanılmarıq. Belə ki, regionda Rusiya ilə Türkiyə tandeminin yaranması Qərbi narahat etməyə başlayıb.

Türkiyənin Qafqazda boy göstərməsi, ümumiyyətlə, dünyada və regionda öz sözünü deyən yeni gücə çevrilməsi qısqanclıqla izlənilməkdədir. Öncədən proqnozlşadırdığımız kimi Qərb dünyası Türkiyəni Rusiyadan qoparmaq üçün hərəkətə keçib. Türkiyə həmişə bölgədə Qərbin maraqlarının təmin olunmasına yardım edib. Lakin indi Türkiyə Qərbin reallaşmayan vədlərindən bezərək yeni koalisiyalar qurmaqdadır. Rusiya Türkiyə tandemini pozmaq üçün Fransa artıq ilk addımlarını atıb. Bir müddət öncə Türkiyəyə və onun liderinə qarşı söz savaşı elan etmiş Makron artıq səhvlərini anlayıb və Türkiyənin Fransaya, Avropaya lazım olduğunu dilə gətirib.

“Fransa Türkiyən Avropada özünün təhlükəsizlik və miqrasiya sahəsində vacib tərəfdaşı hesab edir.Biz Türkiyə rəhbərliyi tərəfindən münasibətlərin normallaşması istiqamətində işarətlər alırıq”. Fransa prezidenti Emmanuel Makron bu fikirləri “France 5” kanalına müsahibəsində səsləndirib.

“Avropa ittifaqı sülh istəyirsə, vahid təhlükəsizlik arxitekturası yaratmalıdır, buna görə də biz Rusiya və Türkiyə ilə uzunmüddətli perspektivdə dialoq qurmalıyıq, çünki onların hər ikisi böyük dövlətlərdir. Türkiyəyə Avropa İttifaqı çevrəsindən çıxmağa imkan vermək olmaz. Bu Türkiyəni eksptremizmə və bizə zərər verə biləcək geosiyasi qərarlar almağa itələməyə səbəb ola bilər”- deyə Makron qorxularını dilə gətirib. Hərçənd Fransa prezidentinin bu “ekstremizm” ifadəsi də Ərdoğnaın qəzəbinə səbəb olacaq. Makronun çıxışındakı bəzi nüanslar isə Türkiyəyə zeytun budağı uzatmaqdan çox, ona qarşı düşmənçilik ideyaları, əlini, qolunu bağlamaq çağırışları kimi dəyərləndirilə bilər.

“Türkiyə NATO-nun müttəfiqidir, lakin onun alyansda yerini aydınlaşdırmaq lazımdır. Adətən, müttəfiqlər Türkiyənin elədiyi kimi özbaşına hərəkətlərə yol vermirlər”,- deyən Makron Türkiyənin Liviyadakı iştirakını, Şərqi Aralıq dənizində dostca qarşılanmaqlarını nümunə göstərib.

Eyni zamanda Makron Ankaraya qarşı sərt davranmağın yolverilməz olduğunu deyib. “Bu Ankaranı Rusiya və Şərqə doğru ittifaqlara itələyər. Eyni zamanda miqrasiya böhranının dərinləşməsinə səbəb olar”,- deyə Fransa lideri qeyd edib.

Görünən odur ki, Fransanın qorxuları Türkiyəyə yeni reallıqlarda yaxşı manevr imkanı verəcək.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »