Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İngiltərə kraliçasının 10-cu nəticəsi dünyaya gəlib
Kraliça II Elizabet

İngiltərə kraliçası İkinci Elizabetin şənbə günü 10-cu nəticəsi dünyaya gəlib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, şahzadə Ann və Mark Filipsin qızı, atçılıq dünya çempionu Zara Tindal və həyat yoldaşı, keçmiş ruqbi ulduzu Mayk Tindal martın 21-də, bazar günü axşam saat 6-da sayca üçüncü övladları olan Lukas Filipin anadan olduğunu elan ediblər.

Zaranın gecə boyu doğum sancıları keçirdiyindən onu xəstəxanaya aparmaq mümkün olmadığı üçün körpə evdəki hamam otağının döşəməsində dünyaya gəlib. Buna baxmayaraq, 3,74 kiloqram olan uşaq sağlamdır.

Bu hadisəni Bukingem Sarayı təsdiqləyərək “şərtlər əl verən kimi 10-cu nəticəni qarşılamağa hazırlaşdıq”larını açıqlayıb.

Qeyd edək ki, bu il fevralın 9-da Zara Tinalın xalası qızı, kraliçanın ikinci oğlu York hersoqu şahzadə Endrünün qızı şahzadə Eucinin oğlu Auqust olub.

Paylaş »
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Boş qalmış dəbilqələrə bir də dolu tərəfdən baxın
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Navalnı “Qurani-Kərim”ə görə həbsxananı məhkəməyə verdi
Son xəbərlər
Bütün xəbərlər »