Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva məhkəməsi Telman İsmayılovun qardaşı oğlunun həbsindən imtina etdi
Moskva məhkəməsi Telman İsmayılovun qardaşı oğlunun həbsindən imtina etdi

Moskvanın Presnenski məhkəməsi müğənni Avraam Russonun qaçırılması iddiasında Telman İsmayılovun ittiham olunan qardaşı oğlu Zaur Mərdanov barəsində həbs qətimkan tədbirini dəyişdirməkdən imtina edib.

Virtualaz.org bildirir ki, bu barədə "RİA Novosti" zərərçəkmişin vəkili Aleksandr Kostanyantsa istinadən məlumat verib.

“Hakim müstəntiqin həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatəti təmin etməyi və ekstradisiya edilməsini rədd etdi, iş ayrıca icraata ayrıldı. Budur, o artıq bu işdə yoxdur", - vəkil deyib.

İndi Mərdanov Fransadadır və məhkəməyə gələ bilməməsini pandemiya ilə əlaqələndirib. Vəkil Fransadan uçuşların mütəmadi olaraq həyata keçirilməsinə diqqət çəkib və ifadə vermək üçün Nyu-Yorkdan uçan zərərçəkmiş Russonu nümunə göstərib.

İşə baxılması 26 aprel tarixində davam edəcək.

Mərdanova qarşı iş ayrıca icraata ayrıldığından işdə iki müttəhim olacaq: Vladimir Qusakov və Elyar Dəmirov. Onları adam qaçırmaq ittihamı ilə 12 ilə qədər həbs cəzası gözləyir.

Son xəbərlər
Bütün xəbərlər »