Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinə növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək hüququ verən qanun qəbul edilib
Vladimir Putin

Rusiya Dövlət Duması Vladimir Putinə növbəti dəfə ölkə prezidentliyinə namizədliyini irəli sürmək hüququ verən qanun layihəsini qəbul edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasının bu gün keçirilən plenar iclasında ölkə Konstitusiyasına əlavə və düzəlişlərin icrası ilə bağlı qanun layihəsini üçüncü oxunuşda qəbul olunub.

Qanun layihəsində hazırkı Prezident Vladimir Putinin yenidən ölkə başçısı vəzifəsinə namizədliyini irəli sürmək hüququ da nəzərdə tutulub.

Rusiya Federasiyası Konstitusiyasının yeni müddəasına görə, eyni şəxsin Rusiya Federasiyasının Prezidenti vəzifəsini tuta biləcəyi müddətlərin məhdudlaşdırılması mövcud dövlət başçısına onun əvvəlki prezidentlik müddətləri nəzərə alınmadan tətbiq edilir. Beləliklə, bu norma mövcud dövlət başçısına Rusiya Federasiyasının Prezidenti vəzifəsini daha iki müddət davam etdirməyə imkan verir.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »