Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Köçəryan hakimiyyət naminə daşnaklarla birləşdi
Robert Koçaryan

Ermənistanın ikinci prezidenti Robert Köçəryan, erkən parlament seçkilərinə ARF “Daşnaksütyun” partiyası ilə ittifaqda gedə bilər.

Virtualaz.org bildirir ki, bunu "Köçəryan" blokunun yaradılması ssenarisinin müzakirə edildiyindən bəhs edən "Joxovurd"qəzeti yazıb.

Qəzetin yazdığına görə, bu günlərdə "Vətənin xilası uğrunda hərəkat"dan olan bəzi partiyaların liderlərinin görüşü keçirilib. Orada Robert Köçəryan, üçüncü prezident Serj Sarqsyan, Vazgen Manukyan, "Çiçəklənən Ermənistan"ın lideri Qagik Tsarukyan, hərəkatın koordinatoru İşxan Saqatelyan və "Vətən" Partiyasının rəhbəri Artur Vanetsyan iştirak ediblər.

Qəzetin məlumatına görə, görüşdə hakimiyyətin iyunun 20-də keçirəcəyi növbədənkənar seçkilərdə iştirakı məsələsi müzakirə olunub. V.Manukyan hərəkatın istənilən nəticələri əldə edə bilməməsindən, bütün potensialından və bütün resurslarından istifadə edə bilməməsindən narazılığını bildirib və indi hakimiyyətin qaydaları ilə oynamağa məcbur olduqlarını vurğulayıb.

Bununla belə, Manukyan seçkidə iştirak etməyəcəyini və küçə mübarizəsini davam etdirəcəyini bildirib. Baş nazirliyə müxalif namizəd də hərəkatın bəzi qüvvələrinin hakimiyyətlə "separatçı" danışıqlara getdiyinə işarə edib və bildirib ki, hərəkat məhz buna görə məğlub duruma düşüb.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »