Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropada koronavirus daha geniş yayılacaq" - ÜST rəsmisi
Ümumdünya Səhiyyə Təşkilatı -   UST

"Avropanın əksər ölkələrində koronavirusun artması qarşıdakı həfələr ərzində də davam edəcək".

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional direktoru Hans Kluge bildirib.

“Təəssüf ki, Avropanın əksər ölkələrində xəstəliyin yayılması daha da güclənir, gündəlik yoluxma və ölüm sayı artır. Fikrimizcə, qarşıdakı dörd həftə ərzində bu göstəricilər artacaq. Amma peyvəndləmə sürətlənərsə, insanlar qoruyucu maskalardan daha çox istifadə edərsə, bunu dəyişdirmək mümkündür”, – o deyib.

Onun sözlərinə görə, pandemiyanın üçüncü dalğasının Avropa İttifaqı ölkələrində müxtəlif sürətlə yayılıb:

“İsrailə dair gözəl məlumatlarımız var. Bu məlumatlar ilkin olsa da, əhalinin 60 faizi peyvənd olunanda bütün göstəricilərin düzəldiyini görürük. Yəni yoluxma, xəstəxanaya yerləşdirilmə, ölüm sayı azalır. Bunlar çox gözəl xəbərlərdir. Biz Britaniyadan da bu cür ilkin məlumatlar alırıq. Əsas məsələ peyvənd dərmanlarının işə salınaraq insan həyatlarını xilas etməkdir”.

ÜST rəsmisi pandemiyanın nə zaman başa çatacağını deməyə çətinlik çəkib.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »